AFFA İntizam Komitəsinin iclası keçirilib. İclasda futzal üzrə Yüksək Liqanın son turlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:
Futzal üzrə Yüksək Liqanın 26-cı turunun “Marafon Futsal” – “Araz”matçının 18-ci dəqiqəsində “Araz”ın futbolçusu Eduardo Borqes kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oyunun 18-ci dəqiqəsində “Araz”ın futbolçusu Xətai Bağırov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır.
Oyunun 37-ci dəqiqəsində “Araz”ın futbolçusu İsa Atayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oyunun 40-cı dəqiqəsində “Araz”ın futbolçusu Rövşən Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Qeyd edək ki, cəzalananlar həm də futzal üzrə Azərbaycan millisinin üzvləridi.
Futzal üzrə Yüksək Liqanın 27-ci turunun “EKOL” – “Xəmsə” matçında “Xəmsə” komandası iştirak etmədiyinə görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilir.
