Milli komandamızın yanvar və fevral aylarında Dubayda keçirəcəyi təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblər müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi milli komandamız iki sınaq matçına çıxacaq.
Rəqiblərin kimliyinə gəlincə isə, bunlar Özbəkistan və Lixtenşteyn seçmələridi. Birincilərlə duel fevralın 1-də baş tutacaq. Lixtenşteyn seçməsi ilə qarşılaşma isə fevralın 6-na təsadüf edəcək.
Qeyd edək ki, yığmamızın Dubay toplanışı yanvarın 29-da start götürəcək.
