AFFA İntizam Komitəsi “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanova ağır cəza kəsib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komitənin qərarında qeyd olunub ki, M.Qurbanov Premyer Liqanın XIV turunun “Kəpəz” – “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində hakimi təhqir edib.
Bu hərəkətinə görə həmin vaxt texniki zonadan kənarlaşdırılan gənc məşqçiyə beş oyunluq cəza təyin edilib, klub isə beş min manat cərimə olunub.
