Bu gün Bakı Olimpiya stadionunda “AFFA – elektron idman KİV-i: dəyirmi masa” adlı ikinci tədbir keçirilib.
Korner.az-ın məlumatına görə, idman təmayüllü saytların nümayəndələrinin iştirak etdiyi tədbirdə yeni yaradılan Mətbuat Komitəsinin üzvləri müəyyənləşib. Proses açıq səsvermə yolu ilə həyata keçirilib.
Komitəyə İxtiyar Əsgərov (Apasport.az), Mahir Rüstəmli (Futbol+), Elçin Cəlilov (Futbolpress.az), Kənan Məstəliyev (Rekord.az), Vüqar Zeynalov (Azerisport.az) və İlqar Tağıyev (Het-Trik Nyus) seçilib.
Komitə 6+1 üzvdən ibarət olacaq. Digər 1 üzv isə AFFA tərəfindən seçiləcək.
