AFFA Məşqçilər Komitəsində 2 yeni üzv
08.12.2018 , 17:40

Məşqçilər Komitəsinin tərkibinə iki yeni şəxs daxil edilib.
Yaşar Vahabzadə və Şahin Diniyev MK-nın üzvü təyin olunublar. Buna İcraiyyə Komitəsinin bugünkü iclasında qərar verilib.
Qeyd edək ki, Ş. Diniyev daha əvvəl də komitəyə üzv idi. Sadəcə, o, 2015-ci ildə “Kəpəz”in baş məşqçisi təyin olunduğu üçün istefa vermişdi.
