AFFA liqaların startını təxirə saldı
16.10.2020 , 18:17

Oktyabrın 17-dən AFFA-nın təşkil etdiyi aşağı yaş qrupu üzrə liqaların 2020/2021 mövsümünün başlanılması nəzərdə tutulurdu.
Korner.az xəbər verir ki, 17, 18, 19, 20, 21, 22, 23 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulan bütün liqaların oyunları təxirə salınıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Oyunların keçiriləcəyi tarixlər barədə əlavə məlumat veriləcək.
