AFFA Lippertlə yolları ayırdı – Rəsmi
14.07.2020 , 12:43

AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.
Korner.az qurumun saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.
AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayıb.
