AFFA koronavirusa görə daha iki liqanı dayandırdı
05.03.2020 , 17:18

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqası və qızlardan ibarət komandalar arasında Yüksək Liqa yarışlarının qarşıdakı turu təxirə salınıb.
Korner.az xəbər verir ki, bu addım koronavirusun mümkün təsirləri ilə əlaqədar atılıb.
AFFA-nın məlumatında qeyd edilib ki, Region Liqasının oyunlarına azarkeş marağı yüksəkdir, Yüksək Liqa komandalarının heyətində isə şagird və tələbələr yer alıb. Profilaktik tədbirlər nəzərə alınaraq hər iki turnirin bu həftə keçirilməsi planlaşdırılan oyunları başqa vaxta keçirilib.
Daha əvvəl AFFA-nın bütün aşağı yaş qrupları üzrə liqalarında da oyunlar ertələnib.
