AFFA-nın İcraiyyə Komitəsi Naxçıvanın “Araz” klubu ilə bağlı qərar verib.
Korner.az-ın məlumatına görə, naxçıvanlıların Birinci Divizionda iştirakı üçün lisenziya verilib.
Digər klubların Naxçıvan səfəri ilə bağlı xərcləri üzərinə götürə bilməməsini nəzərə alan AFFA bu problemi də həll edib. Həmin səfərləri assosasiya özü təşkil edəcək.
