İntizam komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, IX turda baş vermiş nizam-intizam pozuntularıyla bağlı bəzi qərarlar alınıb:
Topaz Premyer Liqasının IX turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub
Topaz Premyer Liqasının IX turunun “Qəbələ” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Topaz Premyer Liqasının IX turunun AZAL – “Simurq” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “İnter” matçının 66-cı dəqiqəsində “Sumqayıt” klubunun 10 №-li futbolçusu Ruslan Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.