Dünən AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqasının 30-cu turunun bəzi oyunlarındakı hadisələrə hüquqi qiymət verilib.
“Bakı” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Neftçi” – “Simurq” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə edilib.
Polis briqadası oyunqabağı iclasda iştirak etmədiyi və matça gecikdiyi üçün meydan sahibi klub 2000 manat cərimə olunub.
“Neftçi” klubunun azarkeşləri tərəfindən stadionun bir neçə inventarı sındırıldığı üçün “Bakcell Arena” stadionunun rəhbərliyinin dəymiş zərərə uyğun olaraq kluba təqdim edəcəyi hesab əsasında ödəmə etməyi tələb edib.
“İnter” – “Qarabağ” oyunun birinci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
Əvəzedici heyətlərinin qarşılaşmasında “Neftçi” – “Simurq” matçında fasiləsi zamanı “Simurq” klubunun məşqçisi Rauf Mehdiyev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klub 2500 manat cərimə olunub.