big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

AFFA klub prezidentini cəzalandırdı

13.11.2012 , 10:27

İntizam Komitəsindən növbəti cəzalar

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri və I divizionun sonuncu turunda baş verənlər barəsində müvafiq qərarlar çıxarıb.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun təxirə salınmış “Neftçi” – “Kəpəz” matçının 26-cı dəqiqəsində “Neftçi” klubunun 6 nömrəli futbolçusu Eşqin Quliyevlə, “Kəpəz” klubunun 9 nömrəli futbolçusu Ziyabil Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır, klublar iki min manat cərimə olunub.

Azərbaycan I Divizionunun IX turunun “Tərəqqi” – “Şuşa” matçında “Tərəqqi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib.

Azərbaycan I Divizionunun IX turunun MOİK – “Qaradağ Lökbatan” matçının 74-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 3 nömrəli futbolçusu Natiq Əkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 20 manat cərimə kəsilib.

Oyunun 74-cü dəqiqəsində MOİK klubunun 2 nömrəli futbolçusu Ramin Tanrıverdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra matçın protokolunda “Qaradağ Lökbatan” klubunun 17 nömrəli futbolçusu Novruz Ələkbərovun hakimi təhqir etməsi göstərilmişdir. Lakin müzakirələr zamanı belə halın baş vermədiyi aşkar edildiyi üçün futbolçuya göstərilmiş qırmızı vərəqə ləğv edilib.

Oyun başa çatdıqdan sonra “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunub.

Matçın hakimlərinin idarəçiliyini qiymətləndirdikdən sonra Hakimlər Komitəsi İntizam Komitəsinə məlumat versin.

Azərbaycan I Divizionunun IX turunun “Lokomotiv” – “Şəmkir” matçının 20-ci dəqiqəsində “Lokomotiv” klubunun 1 nömrəli futbolçusu Ələkbər Vəliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimələnib.

Son yazılar

To Top