2015/16 mövsümündə avrokuboklarda və Topaz Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə edən klubların nümayəndələri ilə görüş keçirilib.
Korner.az-ın məlumatına görə, bu gün keçirilən yığıncaq AFFA-nın inzibati binasında baş tutub.
Tədbirdə Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov tərəfindən iştirakçılara lisenziyalaşdırma mövsümünün yekunları, statistik göstəricilər barədə məlumat verib. O, klub nümayəndələrini növbəti mövsümü əhatə edəcək qaydalarda baş verəcək yenilik və dəyişikliklər barədə də məlumatlandırıb. Tədbirin sonunda klub nümayəndələri lisenziyalarla təltif olunublar.
