Korner.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi bu gün növbəti qərarlarını verib.
“Qəbələ”-“İnter” oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirmişdir, bu hakimin gözündən yayınmışdır. Oyunun videoyazısın izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1. Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalanır, klub 3000 manat cərimə olunur.
