AFFA Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun sabahkı mətbuat konfransında iştirak etmək istəyən jurnalistlər üçün avtomobil ayıracaq. Korner.az-ın məlumatına görə, həmin avtomobillə mətbuat konfransına getmək istəyən media nümayəndələri avqust 14-ü saat 10:00-a qədər ipr@affa.az ünvanında qeydiyyatdan keçməlidirlər. Jurnalistləri mətbuat konfransına aparacaq avtomobil 14-də saat 16:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.
Qeyd edək ki, Foqtsun mətbuat konfransı saat 17:00-da Sheraton Baku Airport Hotel-də təşkil olunacaq.
Mənbə: affa.az
