AFFA İşçi Qrupunun tərkibini açıqladı
15.12.2023 , 12:59
![](https://korner.az/wp-content/uploads/2020/01/AFFA-logo-new.jpg)
Korner.az xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayevin müvafiq əmri ilə İşçi Qrupunun tərkibi müəyyənləşib.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov İşçi Qrupunun sədri, Vaqif Sadıqov (vitse-prezident), Zaur Axundov (İcraiyyə Komitəsinin üzvü), Sərxan Hacıyev (Baş katib), Elxan Səmədov (PFL-in prezidenti) və Fikrət Hüseynov (AGİN Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri) üzv təyin edilib.
Bu gün İşçi Qrupun tam tərkibdə ilk onlayn iclası keçirilib. İclasda ümumi fikir mübadiləsi aparılıb.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)