AFFA İntizam Komitəsi “Səbail”in futbolçusunu cəzalandırıb
30.10.2018 , 16:03

AFFA İntizam Komitəsi “Səbail” klubunun futbolçusu Yegneni Koçuku bir oyunluq cəzalandırıb
Buna moldovalı hücumçunun “Keşlə” ilə Azərbaycan Premyer Liqasının IX tur matçının 49-cu dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırılması səbəb olub. Koçuk X turda “Zirə” ilə səfər matçında iştirak etməyəcək. Onun klubu isə 200 manat cərimə ödəyəcək.
“Neftçi” – “Qarabağ” matçında isə meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən, iki klub hərəyə 800 manat ziyana düşüb. “Neftçi”yə daha 800 manat cərimə isə 58-ci dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları üzündən kəsilib.
