“AFFA ilə daimi əlaqə saxlayıram, lakin hələ yekun təklif olmayıb”
01.08.2022 , 10:55

“AFFA ilə daimi əlaqə saxlayıram, lakin hələ yekun təklif olmayıb”.
Korner.az-ın məlumatına görə, bu sözləri Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyev deyib.
25 yaşlı yarımmüdafiəçi “Sport24.ru” saytına müsahibəsində AFFA ilə əlaqədə olduğunu deyib:
“Hər şey konkret olmalıdır. Oturmaq, danışmaq və ortaq məxrəcə gəlmək lazımdır. Belə çıxır ki, məni istəyirlər, amma heç nə olmur. Konkret danışıqlardan sonra Azərbaycan millisində oynamaq istəyib-istəmədiyimi biləcəm. İndi isə nəsə söyləmək olmur. Tələsik qərar vermək istəmirəm”.
