AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı
16.08.2023 , 13:30

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub.
2023/2024 mövsümündən etibarən “Şahdağ Qusar” və “Dinamo” FK II Liqada çıxış edəcək.
Həqiqi hərbi xidmət yaşına çatmış futbolçuların “Dinamo” FK-ya cəlb olunması məsələsinin yoxlanılması və yekun qərarın qəbul olunması Peşəkar Futbol Liqasına və AFFA katibliyinə həvalə olunub.
FİFA-nın “FORWARD” layihəsi çərçivəsində infrastruktur layihələri üçün ayrılan maliyyə vəsaiti AFFA-nın balansında olan stadion və Akademiyalarda təmir və yenidənqurma işlərinə yönləndiriləcək.
