AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlandı
17.06.2020 , 00:51

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb.
Korner.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas iyunun 18-də videokonfrans formatında keçiriləcək.
Toplantı saat 11:00-da başlayacaq. İclasda Azərbaycan Premyer Liqası və ölkə kuboku ilə bağlı yekun qərar veriləcək.
