AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
13.09.2024 , 11:00
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Korner.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 15:00-da başlayacaq.
İiclasın gündəliyinə bir sıra məsələlər daxildir:
1. Lisenziyalaşdırma qaydalarında nəzərdə tutulmuş dəyişikliklərin təsdiqi
2. AFFA-nın Strategiyasının yazılmasına dair görülən işlərlə bağlı məlumat
3. Texniki Direktorun aşağı yaş qrupları üzrə milli komandalarla bağlı hesabatı
4. AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr
5. İntizam Komitəsinə yeni üzvlərin təsdiqi
6. AFFA tərəfindən klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi
7. Qadın Liqaların 2024-2025-ci illər mövsümü üçün təkliflərin müzakirəsi
8. Digər məsələlər.