AFFA İcraiyyə Komitəsinin iclası bu tarixdə keçiriləcək
28.02.2024 , 17:59

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı dəqiqləşib.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, toplantı martın 1-də Gəncədə olacaq.
İclasın gündəliyinə AFFA-nın Növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər daxildir.
