AFFA İcraiyyə Komitəsi yığışır
01.06.2019 , 11:20

İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
“Dalğa Arena”nın ərazisində yerləşən milli komandaların məşq bazasında təşkil ediləcək iclas saat 18:00-da başlayacaq.
İclasın gündəliyinə I Divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlər daxil edilib.
