17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi istefa verməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, almaniyalı mütəxəssis ilə müqavilənin müddəti bu ilin sonunda başa çatır və tərəflər yeni müqavilə bağlamaq istəmədikləri üçün, əməkdaşlığa son qoyulacaq.
Qeyd edək ki, Sissi Rayt bu ilin əvvəlindən millinin baş məşqçi postuna gətirilib.
