AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, komitə üzvləri I divizionun XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Şəmkir”in futbolçusu Ruslan Rüstəmov MOİK-lə oyunun 90+1-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 4 oyunluq cəzalandırılıb, klubu 400 manat cərimə edilib.
“Şahdağ” isə “Qaradağ”la oyunda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 100 manat cərimə edilib.
