Korner.az-ın məlumatına görə, U-19 Liqasının “Qəbələ” – “Bakı” matçının 88-ci dəqiqəsində “Qəbələ” klubunun 96 №-li futbolçusu Vəzir Musayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb.
“Neftçi” – “Rəvan” matçının 90+4-cü dəqiqəsində “Rəvan” klubunun 21 №-li futbolçusu İlkin Muradov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb.
U-19 Liqasının “Bakı” – “Neftçi” matçının 78-ci dəqiqəsində “Bakı” klubunun 20 №-li futbolçusu Valeh Seyidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalandırılıb.
“Rəvan” – “Qarabağ” matçının 90+2-ci dəqiqəsində “Rəvan” klubunun 6 №-li futbolçusu Elməddin Hüseynzadənin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyunluq cəzalandırılıb.
“Sumqayıt” – “Qəbələ” matçının 69-cu dəqiqəsində “Qəbələ” klubunun 42 №-li futbolçusu Şirməmməd Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalandırılıb.
