AFFA hakimləri koronavirus testindən keçirəcək
13.05.2020 , 16:54

AFFA-nın təşkilatçılığı ilə bu həftə Azərbaycan Premyer Liqası oyunlarına təyinat alan hakimlər koronavirus (COVID-19) testi verəcək.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Bununla yanaşı, AFFA Premyer Liqa klublarına futbolçu və məşqçi heyətinin müvafiq testdən keçirilməsini tövsiyə edib.
