AFFA Hakimlər Komitəsində yeni sədr
14.09.2018 , 14:32

AFFA-nın Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib.
Bununla bağlı qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında verilib. Quruma avstriyalı sabiq FİFA referisi Fritz Stuxlik sədr təyin olunub.
Beləliklə, Xaqani Məmmədov Hakimlər Komitəsi, Əli Hüseynov isə Hakim-İnspektorlar Komitəsindəki sədr vəzifələrini itiriblər.
