Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib.
Azərbaycan I Divizionunun IV turunun “Şahdağ” – “Energetik” matçının 90+1-ci dəqiqəsində “Şahdağ” klubunun 4 №-li futbolçusu Teymur Vəlixanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
Azərbaycan I Divizionunun IV turunun “Şəmkir” – “Şuşa” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırığı üçün klub 100 manat cərimə olunub.
Oyunun fasiləsində “Şəmkir” klubunun 11 №-li futbolçusu Ramil Sadiqov hakimi təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunu
