AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı
03.06.2025 , 12:32

AFFA iki futbolçunu 4, bir baş məşqçini 5 oyunluq diskvalifikasiya edib.
Korner.az xəbər verir ki, AFFA Gənclər Liqasında keçirilən “Universal Football Academy” – “Səbail” oyununda meydan sahiblərinin futbolçusu Raul İzzətov 90-cı dəqiqədə hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb.
Həmçinin sözügedən liqada baş tutan “Sumqayıt” – “Kəpəz” matçında Sumqayıt komandasının futbolçusu İlkin Məmmədov 74-cü dəqiqədə təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun diskvalifikasiya edilib.
AFFA U-13 Qızlar Liqasının yarımfinal mərhələsində “Səbail” və “Sumqayıt” arasında keçirilən cavab matçının 30-cu dəqiqəsində Sumqayıt təmsilçisinin baş məşqçisi Sabir Mütəllimov texniki zona qaydalarını kobud şəkildə pozduğuna və birinci köməkçi hakimə qeyri-etik jestlər etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəza verilib.
