AFFA hakimi döyən məşqçini 1 illik cəzalandırdı
06.02.2019 , 14:54

AFFA U-15 liqasında mübarizə aparan “Xilə” komandasının baş məşqçisi Əsəd Kərimovu futboldan kənarlaşdırıb.
Buna onun U-15 liqasının “Keşlə” ilə oyunundan sonra hakimlər briqadasının otağına daxil olaraq, əvvəlcə onları təhqir etməsi, ardınca isə döyməsi səbəb olub. Bu barədə İntizam Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.
Məşqçi hakimlərə fiziki təzyiq göstərdiyinə görə 12 ay müddətinə diskvalifikasiya olunub.
