Bu gün AFFA-nın Apellyasiya və Ekspert
Komitəsinin iclası keçirilib.
Korner.az-ın AFFA-ya istinadən verdiyi məlumata görə, iclasda “Bakı” FK-nın futbolçusu Cavid
Hüseynov və klubun baş meneceri Zeynal Məmmədov barədə AFFA-nın İntizam
Komitəsinin qəbul etdiyi qərarlarla bağlı müraciətlərinə baxılıb.
Müzakirələrdən sonra qərara alınıb:
1. “Bakı” FK-nın futbolçusu Cavid Hüseynov
barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.
2. “Bakı” FK-nın baş meneceri Zeynal Məmmədov
barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.