Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Simurq” klubunun müraciətinə baxılıb.
Müzakirələrdən İntizam Komitəsinin “Simurq”un futbolçusu Qərib İbrahimov barədə çıxardığı 06.11.2012-ci il tarixli qərarı qüvvədə saxlanılıb.
AFFA-nın İntizam Komitəsinin “Simurq”un digər futbolçusu İlkin Qırtımov barədə çıxardığı 06.11.2012-ci il tarixli qərarı isə qismən dəyişdirilib. İlkin Qırtımov intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılıb, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində İlkin Qırtımov analoji hərəkətlərə yol verdiyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.
