AFFA futbolçunun şikayətini təmin etmədi
13.10.2023 , 17:12
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi hazırda “Araz-Naxçıvan”da çıxış edən Tural Bayramlının şikayətinə baxıb.
Korner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin sabiq klubu “Səbail”dən təzminat tələbi və “dənizçilər”ə idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddiası təmin edilməyib.
Qeyd edək ki, “Səbail” yayda Tural Bayramlı ilə yollarını ayırıb.