Azərbaycan milli komandasının bütün ev oyularında olduğu kimi, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da keçiriləcək Azərbaycan – Portuqaliya oyunu üçün də AFFA tərəfindən fan-klublara bilet veriləcək.
Korner.az-ın qrumun rəsmi saytına istinadən verdiyi məlumata görə, biletlər əvvəlki oyunlarda oilduğu kimi, müəyyən edilmiş sayda olacaq və yalnız fan-klubların rəhbərlərinə qarşılaşmanın başlanmasına 2 saat qalmış Tofiq Bəhramov adına Respublika stadionunun qarşısında təqdim olunacaq.
