Bu gün “Park Bulvar” Alış-Veriş Mərkəzində Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan milli komandasının “Fan Shop”unun acılış mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, açılış mərasimində, həmçinin, Azərbaycan futbolunun əfsanəvi nümayəndəsi Anatoli Banişevskinin eksklüziv futbolkasının (SSRİ yığmasının replica maykası) təqdimatı və satışı təşkil olunub.
Tədbirdə AFFA rəhbərliyi, Bakcell şirkətinin nümayəndələri, futbol veteranları, Anatoli Banişevskinin ailə üzvləri, futbol ictimaiyyəti və media mənsubları da iştirak edib. (AFFA)
