AFFA-dan yeni qərar
28.09.2021 , 16:40

Azərbaycan Premyer Liqasının qarşılaşmalarını idarə edən hakimlərin oyun ərzində qəbul etdikləri qərarların bəzi hallarda birmənalı qarşılanmaması nəzərə alınaraq, Hakimlər Komitəsi beynəlxalq təcrübədən yararlanmaqla hakimlərin oyunlardan sonra CBC Sport televiziya kanalında müsahibələrinin təşkil olunmasına qərar verib.
Korner.az xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.
Premyer Liqanın növbəti turundan etibarən baş hakim oyunda verdiyi müəyyən qərarları (qol, birbaşa qırmızı və ya ikinci sarı vərəqə, penaltinin olub-olmaması – VAR sisteminin protokoluna uyğun olan epizodlar) qarşılaşmadan sonra izah edə bilər. Ehtiyac duyularsa, müxtəlif rakuslardan təqdim olunan görüntülərə baxaraq epizodun müqayisəli təhlili aparılacaq.
