Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumata görə, İK Azərbaycan birinci divizionunun son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan birinci divizionun XI turunun “Neftçala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Azərbaycan birinci divizionun XI turunun “Lokomotiv” – “Şəmkir” matçının 90+2-ci dəqiqəsində “Şəmkir” klubunun 29 nömrəli futbolçusu Vüqar İbrahimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
