AFFA-dan yardım
09.02.2023 , 15:55

AFFA Türkiyədə baş verən zəlzələ nəticəsində zərərçəkənlərə yardım edib.
Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək üçün Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi media platformaları vasitəsilə ictimaiyyətə müraciəti nəzərə alınaraq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən TFF-nin müraciətində qeyd olunmuş bank hesabına 500 min Türkiyə lirəsi (45 min 150 AZN) məbləğində maliyyə vəsaiti köçürülüb.
