Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan Birinci Divizionunun 24-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb.
“Qala” – “Şəmkir” matçının 81-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Eldəniz Orucov aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Şəmkir” in digər futbolçusu Ruslan Hüseynov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Lokomotiv” – “Ağsu” matçının 16-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Bəxtiyar Mehdiyevlə “Lokomotiv”in futbolçusu Yasin Yaqubzadə aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün 4 oyunluq cəzalanıblar, klubları 400 manat cərimə olunub.
