AFFA-dan Türkiyə ilə oyunla bağlı – Rəsmi açıqlama
25.12.2019 , 14:05

AFFA Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsilə bağlı məlumat yayıb.
Korner.az-ın məlumatına görə, qurumun rəsmi saytında yayılan açıqlamada bildirilib ki, AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılır: “Qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yerli mediaya açıqlamasında bu matçın mayın 26-da Antalya şəhərində keçiriləcəyini deyib.
