Əsas yığmamızın məşqçisi Mahmud Qurbanov U-21 millimizi çalışdıracağı haqda yayılan xəbərlərə münasibət bildirib
Hazırda məşqçi kursu ilə bağlı Rusiyadadır və AFFA-dan bununla bağlı təklif almayıb:
“Mən Moskvada, SSKA-nın düşərgəsindəyəm. Bu xəbəri də sizdən eşidirəm. Nə AFFA-dan bununla bağlı mənə təklif olub, nə də özüm soruşmuşam. Sabah Bakıya qayıdacam. Yalnız dəqiqləşdirəndən sonra bir söz deyə bilərəm. İndiki halda isə belə bir şey yoxdur”.
Qeyd edək ki, U-21 millimizi çalışdıran Samir Ələkbərov ötən gün vəsifəsindən ayrıldığını açıqlayıb.
