Azərbaycan futbolunun istedadlı nümayəndələrindən biri, müxtəlif klubların və Azərbaycan milli komandasının heyətində uğurla çıxış etmiş Samir Əliyev futbolçu karyerasını başa vurub. Korner.az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Dalğa Arena”da keçirilmiş “Neftçi” – “Zestafoni” oyununun fasiləsində Samir Əliyevə AFFA-nın və “Neftçi”nin hədiyyələri verilib.
AFFA-nın hədiyyəsini İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov təqdim edib.
Mənbə: affa.az
