Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, İntizam Komitəsi Azərbaycan kubokunun finalında keçirilən “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı müvafiq qərarlar qəbul edib.
Oyunun 120-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.
Oyunun 120-ci dəqiqəsində “Neftçi” klubunun futbolçusu Erik Ramos kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
Oyunun 120+1-ci dəqiqəsində “Qarabağ” klubunun futbolçusu Reynaldo Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.
