AFFA-dan Rauf Əliyevə ciddi xəbərdarlıq
01.10.2019 , 18:55

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının VI turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi”nin futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyinə görə futbolçuya ciddi xəbardarlıq olunub.
“Qəbələ” azarkeşlərinin davranışına görə kluba ciddi xəbardarlıq olunub.
Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq olunacaq.
