AFFA-dan qeyri-adi cəzalar
19.02.2019 , 13:43

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Yığıncaqda aşağı dəstədə baş verən qayda pozuntularına hüquqi qiymət verib.
I divizionun XV turunun MOİK – “Turan Tovuz” MOİK – “Turan Tovuz” matçında xərək daşıyan uşaqlar olmadığına görə meydan sahibi klub 80 manat cərimə olunub.
I divizionun XV turunun “Ağsu” – “Şüvəlan” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oyunun 88-ci dəqiqəsində “Şüvəlan”nın futbolçusu Kamran Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
“Şüvəlan” matçın protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə olunub.
I divizionun XV turunun “Səbail-2” – “Sumqayıt-2” matçında “Səbail-2”nin 4, “Sumqayıt-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunub.
“Sumqayıt-2” oyunöncəsi iclasa 7 dəqiqə gecikdiyinə görə klub 80 manat cərimə olunub.
I divizionun XV turunun “Zaqatala” – “Sabah-2” matçının 79-cu dəqiqəsində “Sabah-2”ın futbolçusu Sultan Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub.
Oyunun 89-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Elvin Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
I divizionun XV turunun “Neftçi-2” – “Kəpəz” matçında “Neftçi-2”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Top daşıyan uşaqlar qapı arxasında toplarla artıq rəftar etdiklərinə görə meydan sahibi klub 80 manat cərimə olunub.
