AFFA-dan “Qarabağ”ın Olimpiya stadionunda oynaması ilə bağlı açıqlama
14.09.2018 , 17:29

AFFA-nın baş katibi Elxan Məmmədov “Qarabağ”ın Avropa Liqasında qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirməsinə münasibət bildirib
O, jurnalistlərə açıqlamasında stadion seçiminin kluba məxsus olduğunu deyib: “Qarabağ” rəhbərliyi bizimlə məsləhətləşdi və müsbət cavab verdik. Ancaq bu məsələ klubla stadion rəhbərlyi arasında həll olunub. Qrup mərhələsi elədir ki, ən yaxşı stadionda oynamaq istəyirsən”.
Xatırladaq ki, “Qarabağ” qrupda ilk ev oyununu oktyabrın 4-də Arsenal”a qarşı keçirəcək.
