Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda Topaz Premyer Liqasının 29-cu turunun bəzi oyunlarındakı hadisələrə hüquqi qiymət verilib.
“Turan” – AZAL matçında “Turan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+3-cü dəqiqəsində AZAL-ın oyunçusu Cavid Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.
“İnter” – “Bakı” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
“Sumqayıt” – “Rəvan” matçının 44-cü dəqiqəsində “Rəvan”ın futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyunun 60-cı dəqiqəsində “Rəvan” klubunun futbolçusu Samuel Barlay idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunurb.
Oyunun 90+2-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Ruslan Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə edilib.
