AFFA daha bir ilkə imza atır.
Korner.az-ın məlumatına görə, qurum Azərbaycanda ilk dəfə aşağı yaş qruplarından olan komandalar arasında ölkə kuboku keçirəcək.
Belə kj, "U-14 Azərbaycan kuboku" turniri baş tutacaq. İndiyədək U-17, U-16, U-15, U-14, U-13 və U-11-lərin çempionatını təşkil edən AFFA yeni yarışı yanvarın 25-dən fevralın 10-dək müddətdə keçirəcək.
Artıq kubokun püşkü də atılıb. AFFA-nın inzibatı binasında baş tutan tədbirdə 16 iştirakçı komanda 4 qrupa bölünüb.
A qrupu: “Bakı”, “Sumqayıt”, “Lokomotiv”, Şimal-Qərbz yığması
B qrupu: “Neftçi”, “Neftçi” İSM, “Xəzər Lənkəran”, Cənub yığması
C qrupu: “Qarabağ”, “Turan”, AZAL, Şimal yığması
D qrupu: “İnter”, “Rəvan”, Qərb yığması, Mərkəz yığması
