AFFA-nın Apellyasiya və Ekspert Komitəsininiclası keçirilib.
Korner.az-ın məlumatına görə, iclasda “Qəbələ” və “Kəpəz” klublarının müraciətlərinə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ”nin futbolçusu Rəşad Abdullayev barədə çıxardığı qərar qismən dəyişdirilsin. Belə ki, yarımmüdafiəçi intizam tədbiri olaraq 1 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Abdullayev analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
2. AFFA-nın İntizam Komitəsinin “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov barədə çıxardığı qərar qismən dəyişdirilsin. Qurbanov intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 3 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində çalışdırıcı analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
